Gələn il azad olunmuş ərazilər üçün ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Gələn il azad olunmuş ərazilər üçün ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə 2024-cü ildə 3825,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya 20,3% azdır.

APA xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Həmin vəsaitin 3 316,3 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (avtomobil yollarının yenidən qurulmasına 2 725,1 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına 258,2 milyon manat, meliorasiya tədbirlərinin icrasına 131,2 milyon manat, dəmir yollarının yenidən qurulmasına 98,9 milyon manat, kommunal infrastrukturun bərpasına 63,5 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 3,7 milyon manat , bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 1,4 milyon manat və digər infrastruktur layihələrinin icrasına 34,3 milyon manat), 51,0 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 34,5 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 27,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Aparılmış təhlillər, eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktual olacağı barədə qənaətə gəlməyə imkan verir.

Qeyd edək ki, 2024-cü il üzrə “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinin təhlili bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində digər xərc istiqamətlərindən qənaətin yönəldilməsi ehtimalının yüksək olduğunu deməyə imkan verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 30.10.23 15:35