"Anglo-Asian Mining” qızıl külçələrinin istehsalını 10 %-dək artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |     20:13 Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb  |     20:04 Kiçik Mərdəkan qəsri bərpa ediləcək  |     19:59 Naxçıvan Boks Federasiyası fəaliyyətini dayandırıb  |     19:51 Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub  |     19:46 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |     19:40 54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək  |     19:32 İndoneziyada torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb  |     19:25 Fransızların 63 faizi Makronun istefasını istəyir  |     19:20 İsmayıllıda inzibati bina yanıb  |     19:13 Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb  |     19:06 Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub  |    

"Anglo-Asian Mining” qızıl külçələrinin istehsalını 10 %-dək artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ilk yarım ilində hasil edilən qızıldan istehsal edilən külçələrin satışından əldə edilən gəlirlərini açıqlayıb.

“Report”un şirkətin açıqladığı hesabata əsasən, şirkət bu ilin ilk yarım ilində 13 947 unsiya qızıl külçələrinin satışını həyata keçirib. 2020-ci ilin ilk yarım ilində şirkət tərəfindən istehsal etdiyi qızıl külçələrinin həcmi 12 743 unsiya təşkil edib ki, bu da illik müqayisədə 9,45 % çoxdur.

Bu ilin ilk yarım ilində satılan hər unsiya qızılın orta qiyməti 1 808 ABŞ dolları təşkil edib. 2020-ci ilin ilk yarım ilində bu rəqəm 1 713 ABŞ dolları olub ki, bu da illik müqayisədə 95 ABŞ dolları və ya 5,54 % çoxdur.

Şirkət 2021-ci il üzrə hasilat proqnozunu da açıqlayıb. Belə ki, bu il ərzində 48 000 - 54 000 nsiya arasında qızıl və 2 500 - 2 800 ton arasında mis istehsal etməyi nəzərdə tutur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 14.07.21 18:06