“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |    

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi AÇIQLANDI

Böyük Britaniya Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) “ağıllı şəhər” (smart city) konsepsiyasının təhlükəli cəhətlərini sadalayan tövsiyələri təqdim edib.

Median.Az Report.az-a istinadən xəbər verir ki, dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönələn bu cür texnologiyalar digər tərəfdən rəqib dövlətlərin infrastrukturu zədələməsi, məxfi məlumatları ələ keçirməsi ehtimalını artırır.

Belə ki, “ağıllı şəhər”lər üçün texnologiya və avadanlıq tədarük edən əcnəbi tərəfdaşlar öz hökumət və xüsusi xidmət qurumlarının əlində məxfi məlumat əldə etmək alətinə çevrilə bilər.

Bununla bağlı FT xəbər verir ki, ölkənin cənub-qərbindəki Bornmut Şəhər Şurasının “ağıllı şəhər” texnologiyalarını Çinin “Alibaba” şirkətindən tədarükünə dair saziş son anda əngəllənib.

Sənəddə təhlükə mənbəyi hesab edilən ölkə və ya şirkətlər açıq qeyd olunmasa da, bu cür texnologiyaları həm ölkə daxilində tətbiq edənin, həm də ixrac edənin Çin olduğu bəllidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 983 07.05.21 19:43