Manat hər ay güclənir - Mərkəzi Bank » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:28 Diş implantlarını qanunsuz yolla ölkəyə keçirmək istədilər  |     16:56 Zaqatalada DƏHŞƏT: Autizmli uşağı mərkəzdə döydülər - VİDEO  |     16:51 Qardaşların yarım milyardlıq cinayəti - "Bentley"lər, qayıqlar, villalar... (FOTO)  |     16:47 "Formula-1" üzrə Azərbaycan Qran-prisinə saxta bilet satan şəxs saxlanılıb - VİDEO  |     16:17 Şuşadan ən son GÖRÜNTÜLƏR (VİDEO)  |     16:11 Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub  |     16:02 Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"  |     14:40 Paşinyan: "Ermənistanda 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb"  |     14:33 Pakistanda daha bir vətəndaşda təhlükəli virus aşkarlandı  |     14:29 Dəhşətli cinayətlə bağlı ETİRAF: "İki qardaşı arvadı ilə eşq yaşayırdı, Narin bunlardan birini..." - FOTO  |     14:23 “Miss Türkiyə” birincisi səfirin qızı imiş  |     14:21 Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülhə təhdiddir  |     14:19 "McLaren"in rəhbəri: "Bakıdakı yarış hər zaman maraqlı olur"  |     14:09 Ağcabədidə 26 yaşlı qız özünü güllələdi  |     13:53 Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb  |     13:45 Marşrut avtobusunun sürücüsü məhkəmə zalında həbs olundu  |     13:21 Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR  |     13:05 Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi  |     12:55 ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib  |     12:53 Sumqayıtda silah-sursat aşkarlandı  |    

Manat hər ay güclənir - Mərkəzi Bank

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) son bir ayda 1.6 bənd artıb.

Median.Az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin mart ayı üçün açıqladığı hesabatda qeyd edilib.

REM- Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Requlyator açıqlayır ki, manatın real effektiv məzənnəsi mart ayı üzrə 102.2 bənd təşkil edib. Manatın REM-i yanvarda 99.9 bənd və fevralda isə 100.6 bənd təşkil edirdi. Mart ayı üzrə qeydə alınan göstərici 2020-ci ilin may ayından (102.8 bənd) bu tərəfə ən yuxarı göstəricidir.

Artım ümumi ilə paralel, qeyri-neft sektoru üzrə də yüksəlib. Fevral ayında qeyri neft sektoru üzrə manatın real effektiv məzənnəsi 97.3 bənd olduğu halda, mart ayında bu göstərici 98.9 bəndə yüksəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 23.04.21 22:35