Bu ilin I rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2 milyard manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Mərkəzi Bankdan bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 116 mln. manatı ATM-lər vasitəsilə, 813 mln. manatı POS-terminallar vasitəsilə, 1,072 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.