Çin BƏƏ-dən neft alışını kəskin artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |    

Çin BƏƏ-dən neft alışını kəskin artırıb

Mart ayında Çinin Səudiyyə Ərəbistanından xam neft idxalı keçən ilin mart ayının göstəricisi ilə müqayisədə 8,8 % artıb. Amma bu ilin fevral ayı ilə müqayisədə azalma müşahidə olunur.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Çinin Baş Gömrük İdarəsinin (BGİ) bu gün yayımladığı məlumatlardan görmək olar.

Belə ki, BGİ-nin məlumatına görə, Səudiyyə Ərəbistanından tədarük 7,84 milyon ton təşkil edib ki, bu da gündəlik 1,85 milyon barelə bərabərdir. Bir il əvvəl martda bu göstərici gündəlik 1,7 milyon barel idisə, bu ilin fevralda idxal göstəricisi gündəlik 1,94 milyon barel olmuşdu. Aylıq müqayisədə azalma olsa da, Səudiyyə Ərəbistanı ardıcıl yeddinci aydır Çinin ən böyük xam neft tədarükçüsü mövqeyini qoruyur.

Ümumiyyətlə, Çinin Şandun neft emalı mərkəzinin limanları yanvar və fevral aylarında bir neçə həftə ərzində xammala tələbatın yüksək olması və limanlarda sıxlıq yaranması səbəbilə çox yükləndiyindən tədarükdə müəyyən ləngimələr olub və demək olar, bütün ölkələrdən idxal səviyyəsi azalıb. “Refinitiv” analitikləri azalmanın aprel ayında da olacağını proqnozlaşdırır.

Diqqət çəkən digər məqam Birləşmiş Ərəb Əmirliklərindən xammal idxalının (0,71 milyon barel/gün) ötən ilin mart ayı ilə müqayisədə 86 % artmasıdır. Bu artımın Çinin ABŞ sanksiyaları altında olan İran neftini BƏƏ-dən alırmış kimi rəsmiləşdirməsi ilə əlaqəli olduğu güman edilir.

“Reuters”in məlumatına görə, son aylarda İrandan Çinə “dolayı” neft tədarükü rekord həddə çatıb. O cümlədən Oman, BƏƏ və Malayziyadan şübhəli xammal təchizatı qeydə alınıb. BGİ-nin rəsmi məlumatına görə isə, martda Çin İrandan bir qram da neft idxal etməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            840 20.04.21 22:06