ƏDV anında tutulmazsa, sonradan kartdan çıxarılmasına görə müştəri məhkəməyə müraciət edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |    

ƏDV anında tutulmazsa, sonradan kartdan çıxarılmasına görə müştəri məhkəməyə müraciət edə bilər

Dövlət Vergi Xidməti tərəfindən verilən rəsmi məlumata görə, vətəndaşın hesabından 18% ƏDV yalnız xaricdən elektron-ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Yəni bu ödəmə banklar tərəfindən əllə tutula bilməyən məhsullarda tətbiq olunur. Bəs bu ödəmə anında tutulmazsa, sonradan istehlakçının kartından çıxarılması hüquqi cəhətdən necə qiymətləndirilir?

Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev açıqlama verib.

O qeyd edir ki, əgər şəxs vergi ödəyicisi deyilsə, və onun aldığı mala görə bir ildə sonra 18% ƏDV tutulursa, bu istehlakçının hüququnun pozulmasıdır. Birincisi, ona görə ki, bu pul anında tutulmalı idi, yəni bir ildən keçdikdən sonra tutula bilməz, bu qanun pozuntusudur. Birbaşa məhkəmə mübahisəsidir, yəni vətəndaş məhkəməyə müraciət edə bilər. Həm vergi ödəyicisi olmadığına görə anında tutulmamasına görə, həm də ona xəbərdarlıq edilmədən bu əməliyyatın aparılması qanuna ziddir.

Qeyd edək ki, hüquqların pozulması anında istənilən şəxs məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            717 20.04.21 17:14