Neft yenidən bahalaşmağa başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |    

Neft yenidən bahalaşmağa başladı

Neft bazarında hakim olan nikbinlik nəticəsində qiymətlər yenidən qalxmağa başlayıb.

“Report” “Prime”yə istinadən xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçersləri 0,23 faiz bahalaşaraq 66,73 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,13 faiz bahalaşaraq 63,23 dollardan satılıb.

Xatırladaq ki, ötən gün neft qiymətləri 5 faizədək artıb. Hazırda bazarda bərqərar olan nikbinlik yenə də təkliflə tələbat arasındakı tarazlıqla bağlıdır. Belə ki, dünən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində son iki ayda ən kəskin azalaraq 492,4 milyon barelədək gerilədiyi hökumət tərəfindən elan edilib, Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2021-ci ildə neftə tələbata dair proqnozunu artırıb.

“Energy Aspects”in ekspertlərinin WSJ-yə bildirdikləri kimi, dünyada neftə tələbat qeyri-bərabər də olsa, bərpa olunur. Həmçinin ABŞ-da iqtisadi artımla bağlı rəqəmlər də neft bazarındakı nikbinliyə təkan verir. Belə ki, mart ayında pərakəndə satışların həcmi 9,8 faiz artıb ki, bu da 2020-ci ilin may ayından bu yana ən yüksək göstəricidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 143 15.04.21 21:44