Azərbaycanda 2021-ci ilin mart ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 380 milyon manat təşkil edib.
Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki. regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 466 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.
2021-ci ilin fevral ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 216 milyon 110 min manat pulu var.
Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 169 milyon 397 min manat, Aran iqtisadi rayonunda yaşayan 186 milyon 73 min manat bank əmanətinə sahibdir.
Lənkəran əhalisi banklara 76 milyon 831 min manat qoyub.
Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 60 milyon 552 min manat var.
Şəki-Zaqatalada yaşayanlar 69 milyon 439 min manatını banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 87 milyon 487 min manat yerləşdirib.