Azaldılan elm xərclərindən ən çox pay Elmlər Akademiyasına düşür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Azaldılan elm xərclərindən ən çox pay Elmlər Akademiyasına düşür

“Azərbaycan Respublikasının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən azaldılan elm xərclərindən ən böyük pay sahibi Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) düşür.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikliyi nəzərdə tutan layihəyə verdiyi rəydə bildirilib.

Belə ki, AMEA-ya ayrılması nəzərdə tutulan vəsait 3,3 milyon manat və ya 2,7 % azaldılıb. Azaldılan məbləğ “elm” köməkçi bölməsi üzrə cəmi azalma məbləğinin 52,4%-ni təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin təsdiqlənmiş dövlət büdcəsində AMEA və onun tabeliyində olan müəssisələrin saxlanılmasına 122 milyon 339 min 620 manat vəsaitin ayrılması bildirilirdi. Bu ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənmişdi.

Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min manat məbləğində təsdiqlənsin. Hesablama Palatasının rəyini Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında baxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 488 04.08.20 21:39