Daha 100 min şəxsə birdəfəlik ödəniş edildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Daha 100 min şəxsə birdəfəlik ödəniş edildi - VİDEO

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min nəfər üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına görə ödənişlərin olunması prosesi yekunlaşıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi üç dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 minə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilir.

Onlar qəbul etdikləri SMS-lərdə göstərilən qaydada poçt şöbələrindən və ya bank filiallarından vəsaitlərini alıblar.

May ayına aid birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyin sifarişi ilə hazırlanan kartlar hazırda banklar tərəfindən onlara tədim edilir.

Birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı da nazirliyin rəsmi saytında yerləşdirilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 400 06.05.20 13:14