İqtisadiyyat Nazirliyi: 2 000 aztəminatlı ailəyə istehlak malları təqdim edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |    

İqtisadiyyat Nazirliyi: 2 000 aztəminatlı ailəyə istehlak malları təqdim edilir

Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda, demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır.

Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir.

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi könüllüləri bu aksiyaların fəal iştirakçılarına çevirib. Bununla belə, təkcə könüllülər deyil, ölkəmizin müxtəlif yaşlı və sosial statuslu vətəndaşları belə aksiyalara qoşulublar. Sosial həmrəylik, yaşlı, tənha, aztəminatlı insanlara dəstək göstərilməsi könüllü hərəkatına yeni vüsət verib.

Sosial həmrəylik aksiyalarında biznes nümayəndələrinin iştirakı xüsusilə önəmlidir. Çünki bu, ölkədə korporativ məsuliyyət anlayışının, yaxşı mənada, hər bir şirkətin davranış qaydalarına çevrilməsi üçün bir fürsətdir.

Daha bir sosiallıq nümunəsini bu günlərdə İqtisadiyyat Nazirliyinin aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsinə dəstək təşəbbüsünə qoşulan sahibkarlar da göstərib. Ötən həftədən etibarən Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Bu çətin günlərdə hamıya sağlamlıq və dözüm arzulayırıq. İnanırıq ki, ölkəmizin, vətəndaşlarımızın normal iqtisadi və sosial həyata qayıdacağı gün uzaqda deyil və bu cür sosial addımlar o günün daha da yaxınlaşmasına bir dəstəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 454 13.04.20 20:04