İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, dünən Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin edilib.
O, bundan əvvəl Vergilər nazirinin müavini olub.
Qeyd edək ki, bir müddət əvvəl İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.