2020-ci il üçün Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır.
Bu sözləri jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlının sözlərinə görə, gözlənilən inflyasiya idarəedilən olmalıdır:
“Azərbaycan Mərkəzi Bankının bu vəziyyətə nəzarət etməsi ümumilikdə kifayət qədər müsbət haldır. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimal hesab edilir”.
İcraçı direktor əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir:
“Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir”.
/oxu.az/