Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib.
Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri vəlb olunub.
Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyən vətəndaş fikrindən daşındırılıb və xilas edilib.