Azərbaycanda qız üstə dava - 22 yaşlı gənc qısqanıb bıçağa əl atdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |    

Azərbaycanda qız üstə dava - 22 yaşlı gənc qısqanıb bıçağa əl atdı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Musayev 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayevlə Elçin Şükürov arasında qısqanclıq zəminində mübahisə yaranıb. Nəticədə F.Musayev E.Şükürovu öldürmək məqsədilə bıçaqlayıb. Məlum olub ki, mübahisə qız üstündə olub.

F.Musayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 243 06.09.19 23:40