400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |    

400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı

Milyonlarla "Facebook" istifadəçisinin telefon nömrələri olan məlumat bazası naməlum şəxslər tərəfindən internetdə yayılıb.

İstifadəçilərin İD profilləri, cinsiyyəti və yaşadıqları ölkə haqqında məlumatlar da internetə sızdırılıb. İstifadəçilər barədə 419 milyondan çox yazı hamı üçün əlçatan olub. Onlardan 133 milyonu ABŞ, 18 milyonu Britaniya və 50 milyonu Vyetnam sakinlərinə aiddir.

Şirkətin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu, sosial şəbəkə telefon nömrələrinə girişi bağlamamışdan öncə toplanmış köhnə məlumatlardır.

"Məlumatlar artıq silinib və onların hər hansına kənar şəxslər tərəfindən baxıldığına dair heç bir sübut yoxdur", - deyə "Facebook" nümayəndəsi Cey Nankerrou bildirib.

Xatırladaq ki, bir müddət öncə istifadəçilərin şəxsi məlumatlarının sızması ilə əlaqədar "Facebook" beş milyard dollar məbləğində cərimələnmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 067 05.09.19 13:25