Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO  |     21:57 Mənzillərin təmiri neçəyə başa gəlir? (VİDEO)  |     21:48 Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu  |     21:39 Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO  |     21:31 Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi  |     21:25 Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?  |     21:19 Alimlər elementinin 79 illik sirri açdı  |     21:08 Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb  |     21:03 Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü  |     21:01 Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?  |     20:55 Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib  |     20:34 May ayının sonuna olan hava proqnozu açıqlanıb  |     20:26 Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək  |     19:59 İranda mədən çöküb, ölən və yaralananlar var  |     19:43 "Mitsubishi"nin robotu Rubik kubunu bir göz qırpımında həll edərək DÜNYA REKORDU QIRDI  |     19:40 Daha bir ölkə Fələstini dövlət kimi tanımaq qərarı verib  |     19:33 Qadınların şəklini gizlindən çəkib sosial şəbəkədə yaydı  |     19:22 Ərdoğan: "Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtularsa, sülhə yaxınlaşacaq"  |     18:19 Ermənistan və Ukraynada şantajçı-botlardan on milyonlarla avro qazanan fırıldaqçılar saxlanılıblar  |     18:10 Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır

ABŞ-nin senatoru, beynəlxalq münasibətlər üzrə senat komitəsinin üzvü Ceyms Riş və Konqresin Nümayəndələr Palatasının beynəlxalq münaqişələr üzrə komitəsinin sədri Mayk Makkol dövlət katibi Antoni Blinkendən Prezident Cozef Baydenin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malinin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini açıqlamasını tələb ediblər.

Bu barədə “Washington Post” məlumat yayıb.

Onlar dövlət katibinə ünvanladıqları məktubda bildiriblər ki, Robert Mali məxfi məlumatı elektron poçtuna köçürdükdən sonra şəxsi telefonuna yükləyib.

Məktub müəllifləri dövlət katibindən istintaq zamanı Konqresə daxil olan narahatedici məlumatların və iddiaların doğru olub-olmadığını təsdiqləməsini istəyiblər.

ABŞ Prezidenti Cozef Bayden 2021-ci ildə Robert Malini ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi təyin edib.

O, İrana barışdırıcı mövqedən yanaşmanı təşviq etdiyinə görə tənqid olunurdu.

2023-cü ilin oktyabrında Konqresin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) palatalarının xarici məsələlər üzrə komitələri xüsusi nümayəndənin fəaliyyətini birgə araşdırmağa başlayıb. Həmin dövrdən başlayaraq onun məxfi informasiyalar olan mənbəyə girişi bağlanıb.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 08.05.24 19:39