Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:49 "Roşka" ləqəbli tiktoker yenidən HƏBS EDİLDİ  |     17:41 Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu  |     17:30 Norveç Rusiya ekipajlı gəmini həbs etdi (SƏBƏB)  |     17:18 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi  |     17:09 Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəlib  |     16:51 Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır"  |     16:38 Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır  |     16:18 XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir  |     16:05 Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |    

Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar

Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Təhsil haqqında" qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            564 30.05.24 15:32