Yaponiyada robot Rubik kubunu ən qısa müddətdə həll edərək yeni dünya rekordu qırıb.
Ginnesin Rekordlar Kitabı "Mitsubishi Electric"in maşınının 0,305 saniyə vaxtını təsdiqləyərək, əvvəlki rekordu 0,075 saniyə geridə qoyduğunu açıqlayıb.
Robotun həll müddəti keçən ilin iyun ayında Kaliforniyada keçirilən Rubik kubunun sürətli həlli mərasimində qeydə alınan ən yaxşı insan rekordundan 10 dəfə daha sürətli olub.
Belə ki, Koreya əsilli amerikalı Maks Parka üçün 3x3x3 ölçülü fırlanan tapmaca kubunu həll etmək cəmi 3,13 saniyə çəkib. O, özündən sonra ən sürətli adamın rekordunu saniyənin üçdə birindən çox fərqlə məğlub edib.
Robotun əldə etdiyi 0,305 saniyə təxminən insanın gözünü qırpması üçün tələb olunan vaxta bərabərdir.
Ən son rekord son illərdə robototexnika sahəsində əldə edilən köklü irəliləyişləri əks etdirir. 2009-cu ildə Rubik kubunu həll edən robot üçün dünya rekordu bir dəqiqə 4 saniyə idi.
"Mitsubishi Electric" robotunun kubu cəmi 0,009 saniyəyə 90 dərəcə döndərməsinə imkan verən "ompakt, yüksək güclü, siqnala həssas servo mühərriklərdən istifadə etməklə bu uğura nail olduğunu söyləyib.
Qeyd edək ki, dünya miqyasında yarım milyarddan çox satılan Rubik kubu bütün dünyada məşhur olaraq qalır və "Rubik kubunu necə həll etmək olar" sualı son illərdə "Google"da ən çox axtarılan ifadələrdən biridir.
//sfera.az