Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq?

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun amerikalı Dastin Puarye ilə döyüşdən qalib çıxacağı halda əldə edəcəyi qonorar məlum olub.
TASS-ın məlumatına görə, bu məbləğ 6 milyon dollardan çox olacaq.

Həbibin atası Əbdülmanap Nurməhəmmədov deyib ki, oğlu bu dəfə qalib gələrsə, Makqreqorla döyüşdən 3-3,5 dəfə daha çox qazanacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrında olan həmin görüşdə Həbibin qonorarı 2 milyon dollar olmuşdu.

İdmançının atası deyib: "Biz az pul üçün dalaşmırıq, biz qiymətimizi bilirik. İki milyon ən yaxşı idmançı və UFC-nin ən tanınmışı üçün azdır. Biz zala çıxanda görəcəksiniz – tamaşaçılar Puaryeni necə qarşılayır, Həbibi necə".

Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə qarşılaşacaq. Həbibin hesabında 27 döyüşdən 27 qələbə, Puaryedə isə 25 qələbə və 5 məğlubiyyət var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 465 04.09.19 23:28