Mojo.az Banner
23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |     21:10 UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"  |     20:23 Rusiyanın hərbi fəallığına görə Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır  |     20:18 İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...  |     20:10 Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır  |     20:04 Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub  |     19:55 Biznes üçün vahid maliyyə platforması yaradılacaq  |     19:50 Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər  |     19:43 Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?  |     19:37 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     19:30 Gəncədə restoran yandı  |     19:25 Rusiya Ermənistana xəbərdarlıq etdi  |     19:16 “Reddit”in sahibi vəfat etdi  |     19:11 28 May günü hava necə olacaq?  |    
Left Banner
Right Banner

Mehriban Əliyeva: “Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər bir azərbaycanlının ən müqəddəs arzusudur”

26.08.2019 21:47 2 157
Mehriban Əliyeva: “Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər bir azərbaycanlının ən müqəddəs arzusudur”
“Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur. Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması”.

Median.Az
report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər qarşısında çıxışı zamanı deyib:

“Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir.

Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib”.

Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib:

"Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib.

Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir.

Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq. Çox sağ olun".скачать dle 11.3
Mojo.az Banner