Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellektlə bağlı ŞOK İDDİA

29.05.2026 20:59 420
Süni intellektlə bağlı ŞOK İDDİA
Süni intellekt yarışında milyardlarla dollar qazanan texnologiya nəhəngləri gözlənilməz problemlə üzləşiblər - elektrik enerjisi çatışmazlığı.
 
Median.Az
xəbər verir ki, bu barədə "Politico" saytında Kelsi Tamborrino tərəfindən diqqətçəkən yazı qələmə alınıb.
 
Məqalədə qeyd olunur ki, "ChatGPT", "Gemini" və digər süni intellekt sistemlərini işlədən nəhəng məlumat mərkəzləri o qədər çox enerji sərf edir ki, ABŞ-də elektrik şəbəkəsi artıq ciddi təzyiq altına düşməyə başlayıb. Problem təkcə texnologiya şirkətlərini deyil, adi amerikalıları da narahat edir. Çünki ekspertlər xəbərdarlıq edirlər: bu sürətlə davam edərsə, elektrik enerjisi bahalaşa və hətta bəzi bölgələrdə enerji qıtlığı yarana bilər.
 
Göstərilir ki, "Microsoft", "Google", "Amazon", "Meta" və "OpenAI" kimi şirkətlər yeni məlumat mərkəzləri qurmaq üçün milyardlarla dollar yatırsa da, onların qarşısında ciddi maneə var - elektrik şəbəkəsinə qoşulmaq illərlə vaxt aparır. Bəzi layihələrin tam işə düşməsi üçün 5–10 il gözləmək lazım gəlir. Halbuki süni intellekt yarışında vaxt əsas amildir və şirkətlər rəqiblərini qabaqlamaq üçün sürət istəyirlər.
 
Bu səbəbdən texnologiya nəhəngləri Vaşinqtonda enerji siyasətinə daha fəal müdaxilə etməyə başlayıblar. Məqalədə vurğulanır ki, ABŞ hakimiyyəti bir tərəfdən süni intellekt texnologiyalarında Çinlə rəqabətdə geri qalmaq istəmir, digər tərəfdən isə adi vətəndaşların elektrik hesablarının şişməsindən ehtiyat edir.
 
"Politico" materialında diqqət çəkən məqamlardan biri də ABŞ prezidenti Donald Tramp administrasiyasının məsələyə münasibətidir. Ağ Ev texnologiya şirkətlərindən elektrik şəbəkəsinin genişləndirilməsi xərclərinin bir hissəsini öz üzərlərinə götürməyi tələb edir ki, bu yük sıravi istehlakçıların üzərinə düşməsin. Beləliklə, süni intellekt uğrunda qlobal yarış tədricən yeni sual doğurur: gələcəyin texnologiyası insanlara rahatlıq gətirəcək, yoxsa elektrik enerjisini bahalaşdıraraq yeni böhran yaradacaq?/musavat

Son xəbərlər