Mojo.az Banner
22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti xəstəxanaya yerləşdirildi

29.05.2026 20:51 387
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti Həsən Ağasoy xəstəxanaya yerləşdirilib.
 
Median.Az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat verib.
 
O bildirib ki, Xalq artisti şəkəri maksimum səviyyədə qalxdığı üçün təcili həkim nəzarətinə götürülüb.
 
Jurnalist Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan H. Ağasoyun hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.
 
Heydər Oğuz əlavə edib ki, Naxçıvanın Mədəniyyət Nazirliyinin əməkdaşları və işlədiyi Naxçıvan Dram Teatrınin işçiləri, bütün mədəniyyət xadimləri Xalq artistini yalnız buraxmayıblar. Onu ziyarət etmək üçün xəstəxanaya gəliblər.
 
Qeyd edək ki, Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib.
 
1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.
 
1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına, 2005–2010-cu illərdə, 9 may 2018-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub./musavat
скачать dle 11.3
Mojo.az Banner