Türkiyə HHQ-nin hücumları nəticəsində 24 РКК terrorçusu məhv edilib.
“Anadolu” xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, terrorçuların 11-i Türkiyə ərazisində, 13-ü isə ölkə xaricində məhv edilib.
Terrorçuların əksəriyyəti Şimali İraqda Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi “Pəncə-3” əməliyyatı çərçivəsində öldürülüb.