“Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |    

“Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ictimaiyyətin iqlim dəyişikliyinin müəyyən ərazidə və müəyyən vaxt zonasında təsirlərini izləməsi üçün qiymətli məlumatlar yaradan platforma qurub.

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyə paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında (STC 2024) çıxış edən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Sədr deyib ki, bu il quraqlıq, qar örtüyü, buzlaqlar, su anbarları, dəniz səviyyələrində azalma və artıma, metan konsentrasiyası, torpaq şoranlığı və bir çox digər amillərin təsirləri haqqında məlumatların təqdim edilməsi məqsədilə İqlim Hesabatı platforması (climatereport.az) ictimaiyyətə açıqlanıb.

Beynəlxalq konfrans iştirakçılarını noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) dəvət edən sədr deyib ki, qlobal miqyasda fəaliyyət göstərən "Azərkosmos" qlobal problemlərin həlli istuqamətində də öz məsuliyyətini hiss edir: "Bu il “Azərkosmos” regionumuzda iqlim dəyişikliyi problemini həll edəcək nəzərəçarpacaq bir iş təqdim etmək üçün beynəlxalq tərəfdaşlarla və Azərbaycan hökuməti ilə işləyərək iqlim dəyişikliyi ilə bağlı hərtərəfli tədqiqat aparmaqda irəliyə doğru addım atıb".

Sonda S.Əsədov STC 2025-in ev sahibiyinin Azərbaycana təhvil veriləcəyini qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            837 25.04.24 20:58