“Titanik”in parçaları sürətlə yoxa çıxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

“Titanik”in parçaları sürətlə yoxa çıxır

"DSV Limiting Factor" sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış "Titanik" gəmisinin yanına son 15 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, "Titanik"in qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.

"Titanik" Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.

Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.

Özünü "Titanik"in tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib: "Kapitan vannası həmişə "Titanik" həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək".

Ekspertin fikrincə, gəminin burun hissəsindəki qonaq otağının tavanı çökə bilər. Bundan sonra içəriyə baxmaq daha mümkün olmayacaq.

Britaniyaya məxsus "Titanik" transatlantik layneri öz dövrünün ən böyük sərnişin gəmisi olub. Sauthemptondan Nyu-Yorka istiqamət götürən "Titanik" 1912-ci ilin aprelində aysberqlə toqquşmadan sonra Kanada sahillərindən təqribən 600 kilometr məsafədə batıb. Gəminin içərisindəki 2200 sərnişin və komanda üzvündən 1500-dən çoxu həlak olub. Gəminin ikiyə bölünmüş hissələri bir-birindən 600 metr məsafədə okeanın dibində yerləşir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            995 22.08.19 22:02