Mojo.az Banner
17:54 Mərkəzi Banka yeni səlahiyyət verildi  |     17:53 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:38 Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI (FOTO)  |     17:26 Oğurladığı mopedi 485 manata satan şəxs ƏLƏ KEÇDİ  |     17:20 Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər (FOTO)  |     17:16 Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb  |     17:14 Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı  |     17:12 Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ  |     15:55 Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi  |     15:52 Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?  |     15:47 Qax sakini ehtiyatsızlıqdan özünü güllələdi  |     15:45 Xudatda müəllim VƏFAT ETDİ - FOTO  |     15:39 Bakıda hotelin qarajında alman maşınları YANDI  |     15:38 Müsadirə olunmuş "iPhone"ları hərracda 100 min manata alacağını vəd verən şəxs həbs edildi  |     15:36 Sumqayıtda oksigen balonlarının doldurulması sexinin fəaliyyəti dayandırıldı - Video  |     15:33 Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb  |     14:10 Yol polisindən sürücülərə MÜRACİƏT  |     14:07 2026-cı ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ  |     14:06 Məşhur filmin yeni bölümü çəkiləcək  |     14:05 210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb

19.08.2019 13:59 3 928
Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb
Bu ilin iyul və avqust aylarında Bakıda mənzillərin ucuzlaşması qeydə alınıb.

Bunu Oxu.Az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır:

"Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir.

Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir".

Ekspert ucuzlaşmanın daha çox yeni tikilən binalardakı mənzillərə aid olduğunu əlavə edib:

"Hazırda daha çox yeni tikilən binalarda bir kvadratmetri 2500 manatdan yuxarı qiymətə satılan mənzillərdə ucuzlaşma hökm sürür. Kv.m-i 2000 və ya 2500 manat arasında satılan mənzillərdə isə elə bir dəyişiklik yoxdur. Köhnə binalardakı mənzillərin qiymətində isə əksinə, artım var".

N.İbrahimov qeyd edib ki, ümumiyyətlə, bu il mənzil bazarında 4,7 faiz qiymət artımı olub:

"Yəqin ki ilin sonuna kimi bu rəqəm 5 və ya 6 faiz olacaq. Eyni zamanda, bu il həyət evlərinin və torpaq sahələrinin satışında 4 faizdən yuxarı artım müşahidə edilib".

O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.скачать dle 11.3