Mojo.az Banner
19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən sürücülərə MÜRACİƏT

06.12.2025 14:10 435
Yol polisindən sürücülərə MÜRACİƏT
"Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu tip qəzaların əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır".

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

Qeyd olunub ki, xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur:

"Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrə səbəb olur. Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir.

Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir. Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir".скачать dle 11.3
Mojo.az Banner