Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Müsadirə olunmuş "iPhone"ları hərracda 100 min manata alacağını vəd verən şəxs həbs edildi

06.12.2025 15:38 879
Müsadirə olunmuş
Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi telefonları hərracda ucuz qiymətə satın alacağı ilə aldadaraq dələduzluq edən şəxs həbs olunub.

Hadisə 2022-ci ilin fevralında baş verib.

İttihama görə, Elməddin Məmmədovun (ad-soyadlar şərtidir) dostu İntiqam Vəliyev ona Şamil və Şahmurad adlı şərikləri ilə birlikdə xaricdən telefon gətirdiklərini, lakin DGK tərəfindən həmin malların müsadirə olunduğunu deyib. E.Məmmədov komitədə işləyən yüksəkvəzifəli tanışlarının bu işdə kömək edəcəyini bildirib.

O öyrənib ki, müsadirə olunan 167 ədəd "iPhone 12" markalı mobil telefon hərrac yolu ilə satılacaq. E.Məmmədov İntiqama həmin telefonları 110 000 manata ala biləcəyini və bunun üçün komitədəki tanışının onlara Bakı Baş Gömrük İdarəsinə getməyi məsləhət gördüyünü deyib. Elməddin və İntiqam idarəyə gedərək, orada danışıq aparıblar. Bundan 10-12 gün sonra əlaqə saxladıqda 88 000 manat lazım olduğu bildirilib. Şahmuradla İntiqam yalnız 60 000 manat verə biləcəklərini deyib, qalan pulu da Elməddindən istəyiblər. Elməddin bank hesabından 28 min manat çıxarıb. O, ümumilikdə, 88 min manatı əməkdaşlara çatdırdığını, amma işin yubanacağını bildirib. Bir müddət sonra isə komitədə əməliyyat aparılaraq səkkiz nəfərin saxlanıldığını və daha oradan heç nə ala bilməyəcəyini deyib.

Təqsirləndirilən ifadəsində bildirib ki, zərərçəkmişlərdən 60 000 manat alıb, bunun 47 000 manatını qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
//oxu.az

Son xəbərlər