Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |    

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Qonaqları salamlayan general-leytenant K.Vəliyev ölkələrimiz arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Salikov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.

Sonda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının əhəmiyyətindən danışan R.Salikov, “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi etdiyinə, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 656 14.08.19 18:46