Yağışlı hava davam edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 Naxçıvan FHN-də yoxlamalar başladı  |     19:30 Zakir Həsənov: Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı ötən ilə nisbətən artıb  |     19:21 UEFA AFFA-nı cərimələdi  |     19:12 Bakının 2 ərazisində qaz olmayacaq  |     19:05 Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirildi  |     18:59 Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA  |     18:46 Gəncədə xəsarət almış şəxsin ölməsi ilə bağlı cinayət işi başlandı  |     18:33 Azərbaycanda dörd ayda içki və siqaretə 900 milyon manatdan çox pul xərclənib  |     18:16 Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib  |     18:15 Erməni hərbi qulluqçu elektrik cərəyanının vurması nəticəsində ölüb  |     17:53 Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?  |     17:37 Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi  |     17:23 Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb  |     17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |    

Yağışlı hava davam edəcək

Avqustda 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəincə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 9-da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 9-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 413 08.08.19 14:47