Nihat Məmmədli güləş üzrə dünya çempionu olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Nihat Məmmədli güləş üzrə dünya çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib.

Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.

Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Xasay Həsənli təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.

48 kq
1/8 final - Ziya Babaşov - İvan Krasimirov Kostov (BUL) 10:2
1/4 final - Ziya Babaşov - Riehan Botha (RSA) 8:0
1/2 final - Ziya Babaşov - Rupin Rupin (İND) 4:1
FİNAL - Ziya Babaşov - Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3

55 kq
Təsnifat - Nihat Məmmədli - Eduard Strilçuk (UKR) 9:0
1/8 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 10:6
1/4 final - Nihat Məmmədli - Arsen Yanovski (BLR) 8:0
1/2 final - Nihat Məmmədli - Abror Atabaev (UZB) 7:0
FİNAL - Nihat Məmmədli - Pravin Panduranq Patil (İND) 9:0

65 kq
Təsnifat - Xasay Həsənli - Evangelos Fotios Bukis (GRE) 9:0
1/8 final - Xasay Həsənli - Remo Oyaste (EST) 8:0
1/4 final - Xasay Həsənli - Höcət Həsən Rezai (İRİ) 2:3скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 191 03.08.19 21:01