POS-terminalların sayı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |    

POS-terminalların sayı azalıb

Cari ilin altı ayında aparılan nağdsız əməliyyatların həcmi iki milyard manat təşkil edib. Bu, keçən il aparılan nağdsız əməliyyatların həcmindən 58 faiz yüksəkdir.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, bu ilin altı ayında kart sahiblərinin sayı 6,7 milyon olub:

“Kart dövriyyəsində nağdsız əməliyyatların həcmi 20,1 faiz təşkil edib. Keçən il bu rəqəm 15,1 faiz idi. Elektron ticarətin həcmi keçən ilin altı ayı ilə müqayisədə 96 faiz artıb. Ödəniş sistemlərinin həcmi 125 milyard olub”.

Departament direktoru qeyd edib ki, POS-terminalların sayında cüzi azalma var:

“Bu, narahatedici fakt deyil, çünki POS-terminalların sayı yox, aparılan əməliyyatlar vacibdir”.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 377 26.07.19 18:40