COP29-la bağlı iki xəstəxana ayrılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

COP29-la bağlı iki xəstəxana ayrılıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu yaradılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, COP29-un keçiriləcəyi məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək:

“Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım briqadasının xidmət göstərməsi planlaşdırılır. Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım briqadaları fəaliyyət göstərəcək.

Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni Klinika” ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də yaradılacaq. “Yeni Klinika”da isə stasionar xidmət üçün 550 çarpayı nəzərdə tutulub. Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı nəzərə alınaraq Məmmədli, Bilgəh və Kliniki Tibbi Mərkəzin nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət üçün uyğunlaşdırılıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 06.05.24 17:15