Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır - XƏBƏRDARLIQ

Smartfon diabet xəstəliyinin yaranma riskini artırır.

Median.Az
Yenicag.az-a istinadən xəbər verir ki, Fransa və Niderland alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

Tədqiqat zamanı neyribioloqlar siçanlara gecə vaxtı smartfon işığına məruz qoyaraq, onların qida seçimi və gün ərzində toxuma və qanda qlükoza səviyyəsinə diqqət yetiriblər.

Alimlər müəyyən edib ki, cəmi 1-2 saat mavi işığın təsirindən siçanların toxumalarında qlükozaya həssaslıq artıb, onlar preddiabet mərhələyə giriblər.

Səhəri siçanların qarşısına normal qida, adi su, donuz piyi və şirin su qoyulub. Mavi işığın təsirinə məruz qalan siçanlar digər qalmayan siçanlara nisbətən 2 dəfə çox şirin su içiblər.

Bu nəticələr aydın göstərir ki, gadjet, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effekt daha çox kişi cinsində müşahidə olunur.

Qeyd edək ki, insan gözünün qişası telefon ekranının mavi işığına çox həssasdır və bu işığı alan göz baş beyinə siqnal göndərir. Bu siqnal isə iştaha cavabdeh hissəni qıcıqlandırır.

Əvvəlki tədqiqatlarda sübut olunmuşdu ki, gecəyarı bir neçə saat smartfon işlədənlərdə piylənmə baş verir.

Alimlər məsləhət görür ki, təcili olaraq və işi ilə bağlı gecələr telefon və noutbukda çalışanlar xüsusi tətbiq yükləyərək telefonun mavi işığını narıncı rəngə dəyişsinlər və ya xüsusi filtedici eynək taxsınlar. Bu eynəklər artıq satışda var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 619 13.07.19 18:28