Mojo.az Banner
23:02 "Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi  |     22:58 Naxçıvana dolu yağdı  |     22:50 Abel Məhərrəmova vəzifə verildi  |     22:43 Şəhid ailələrində müavinət necə bölünür? - Hüquqşünasdan CAVAB  |     22:37 "Maxi.az" rəhbərinə "stop" qoyuldu - Milyonlarla borca görə..  |     22:29 "Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək  |     22:24 Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar  |     22:18 Bakıda taksi qiyməti qalxdı  |     22:11 Avtosığorta haqqının hesablanması qaydaları dəyişir - Video  |     22:04 Ermənistanda Samvel Karapetyanın blokundan iki nəfər həbs edildi  |     21:56 Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU  |     21:51 Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     21:37 Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb  |     21:28 Bakıda müəllimin şagirdin başına saqqız yapışdırması iddiası ilə bağlı açıqlama  |     21:23 Azərbaycanda kirayə mənzil bazarında qiymətlər DƏYİŞİB?  |     21:17 Xırdalanda "Lombard-1" mağazasında oğurluq  |     21:12 Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur  |     21:12 Humanitar böhran: 22 milyon əfqanın yardıma ehtiyacı var  |     21:04 "Rigs" otelində 2000 manatlıq oğurluq  |     20:59 Yayda yağıntı 0 mm: Avropanın ən günəşli çimərlikləri açıqlandı  |    
Left Banner
Right Banner

Təranə Rəqsanə haqqında elə faktlar açıqladı ki: - Qızınla bacın...

11.07.2019 21:52 2 911
Təranə Rəqsanə haqqında elə faktlar açıqladı ki: - Qızınla bacın...
Prodüser Təranə Səmədova onun haqda sərt ifadələr səsləndirən müğənni Rəqsanə İsmayılovaya cavab verib.

Median.Az
xəbər verir ki, o, "Lent.az"ın canlı yayımında Rəqsanə və ailəsi haqda bir çox iddialar səsləndirib.

Prodüser Rəqsanənin onu qadın alveri maddəsi ilə tutulmasında qınamağını da cavabsız qoymayıb:

"2006-cı ilin dekabrda anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı - red.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır. Deyir ki, Fəridə (Fərid Azayev - red.) "atam" demisən. Mən Fərid, Faiq və atasından canımı götürüb qaçmışam. Problemli insan idilər deyə, qaçmışam. Amma ölkədən qaçmamışam. İllərdir nələrə susuram. Bu gün efirdə ağzına gələni danışırsan. Mənim "atam" dediyim insan, mənə "qızım" deyirdi. Burada ayıb nəsə var? Sənin qızın həmin adama "dovşan", bacın da "balam" deyirdi. Xala-bala düşmən idilər - Fəridə görə. Niyə mənim ağzımı açıb, bu qədər mundarlığa çıxarırlar? Heç kimi təhqir etmək istəmirəm, amma məni niyə təhqir edib, bu həddə gətirirlər".

Təranə Rəqsanənin Aysunun şəkillərini "Odnoklassniki"də yayıb iddiasına da cavab verib:

"Mənim iki qolum gipsdə o səhifələri necə aça bilərdim? "Lider" TV-nin saytında çox pis başlıqla nömrəmi yazmışdılar, qiymət də yazmışdılar ki, 15 manat. Tapdılar dedilər ki, Tural Səfərov adlı biri yerləşdirib. O da Rəqsanənin bacısı oğlu idi. Aysunun şəkillərini "Odnoklassniki" və "Facebook"a Faiqlə Fərid yerləşdirdi. O şəkilləri də Aysun Fəridə MMS-lə göndərmişdi. Çünki Fəridi sevirdi. İllər keçdi qızın elə pozlar verdi ki, insanlar gördülər ki, bunu mən etməmişəm".

Prodüser "disk daşıyan" adlandırılmasını qəbul etməyib:

"Mən toylara gedirəm ki, gündəmə gəlim? Ömürboyu kamera arxasında qalan adam olmuşam. Deyir ki, hansı layihə etmisən? Disk daşıyansan. Şəfa stadionunda keçirilən konsertini mən etmişəm. Sonra hər kəsə pul atdı. Aygün Kazımova ilə ayaqlaşmaq istəyirdi. Tolikə dedi ki, guya onu mən qızışdırmışam. Bir ildə ona altı klip çəkdirdim. Hansı prodüser bunu edir? Moskvada konsertlərinin təşkilatçılığını mən etmişəm. Ən sivil, gündəmdə olan vaxtlarında yanında mən olmuşam. İnsan bir Allahını unutmaz".скачать dle 11.3
Mojo.az Banner