Mojo.az Banner
13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

11.05.2026 20:20 456
Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar.

Bu haqda DİN məlumat yayıb.

Araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner