Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü

11.05.2026 19:41 687
Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü
Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər