Bakının bu parkında tum çırtlamaq, skeytbord və velosiped sürmək qadağandır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |    

Bakının bu parkında tum çırtlamaq, skeytbord və velosiped sürmək qadağandır

Bakının Yasamal rayonu, Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən Bakı Mərkəzi Parkı çoxlu sayda rəy və təklifləri nəzərə alaraq parka gələn vətəndaşlar üçün yeni qaydaları açıqlayıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul edilib.

Bakı Mərkəzi Parkının ziyarətçilər üçün qəbul etdiyi qaydalarda deyilir:

- Parkın ərazisində olan bütün itlər ağızlıq taxılmış halda və ipdə saxlanılmalıdır. Bəzi insanlar, xüsusilə uşaqlarla parkı ziyarət edənlər itdən qorxurlar.

- Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir.

Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.

- Tuma yox deyək! Tumların Azərbaycanda çox dadlı və çox populyar olduğunu başa düşürük, ancaq bəzi insanlar tumun qabıqlarını yerə atmaqla bizim təmizləyicilərimiz üçün xoşagəlməz hal yaradırlar.


- Parkda nəzərdə tutulan skeytbord rampalarından başqa heç bir yerdə velosiped sürməyə icazə verilməyəcək.

İnsanlar parkdan keçməlidirlərsə, onda velosipedlərini əllə aparmalı (yanlarında gəzdirməli) olacaqlar.

- Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.

- Böyüklər üçün nəzərdə tutulan idman sahələri yalnız böyüklər üçündür. Uşaqlarınızın bu fitness mərkəzinə gəlməsinə icazə verməyin.

Bu onlar üçün təhlükəlidir və böyüklərin də avadanlıqlardan istifadə etməsinə maneə törədir. Uşaq oyun meydançaları ilə əlaqədər da eyni şəkildə danışmaq olar - yalnız uşaqlar üçün nəzərdə tutulub.

Gələn həftə yaş qruplarını göstərən işarələri quraşdıracağıq. Park işçiləri sizin yaşınızı soruşarlarsa, xahiş edirik bundan inciməyin.

Bu işçilər tərəfindən istifadəçilər üçün hər şeyin təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə edilir.

- Xahiş edirik çiçəklərimizi, güllərimizi və digər dekorativ bitkilərimizi dərməyin. Parkın həm sizin üçün, həm də gələcək nəsillər üçün həmişə gözəl görünməsini istəyirik.

Mərkəzi Parkın Məlumatında deyilir ki, parkın gözəl görünməsi üçün bütün şəhərin və qonaqların köməyinə ehtiyacımız var:

"Ümumilikdə hər şey qaydasındadır. Amma biz bir qrup insanın ağacların gövdəsinin qabığını soymağı ilə qarşılaşmışıq. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq.

Bundan əlavə, başqa ziyanlar da verilir, məsələn oturacaqların müxtəlif elementləri sındırılır.

Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduğunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmağınızı məsləhət görürük”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 056 03.07.19 18:11