Dünya gözəli seçilən Azərbaycan atı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |    

Dünya gözəli seçilən Azərbaycan atı - VİDEO

At Azərbaycanda məğrurluq, dözümlülük və əzəmət rəmzi hesab edilir. Bu səbəbdən ata hər zaman sevgi və qayğı ilə yanaşılıb.


Atlar fermer təsərrüfatının ayrı-ayrı sahələrində, kənd təsərrüfatı işlərinin görülməsində də böyük rol oynayır.

Atlardan məişət işləri ilə yanaşı, idman növlərində də geniş istifadə olunur. Təsadüfi deyil ki, atçılıq idman növü bu gün də aktuallığını itirmir.

Atı insanın ən yaxın dostu hesab edən qəhrəmanımız Turab Musayev nə az, nə çox, düz 18 ildir ki, hər səhər saat 05:00-da oyanıb işinə sevə-sevə başlayır.

Turab deyir ki, hər adam ata qulluq edə bilməz, çünki atlar digər heyvanlarla müqayisədə daha çox hissiyyatlıdır.

Çəkiliş apardığımız Binə Atçılıq Mərkəzində yerli Qarabağ atlarına, holland cinsinə, qırğız, Argentina, ərəb atlarına və şotland ponilərinə rast gəlmək olar. 10 yaşı olan Kim adlı at isə 2014-cü ildə dünya gözəli seçilib.

Qeyd edək ki, at sürmək üçün minimum qiymət 10 manatdan başlayır.

/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 03.07.19 12:18