Deputat: Məhkəmələrdə kadr islahatı kimlərinsə işsiz qalacağı anlamına gəlməməlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Deputat: Məhkəmələrdə kadr islahatı kimlərinsə işsiz qalacağı anlamına gəlməməlidir

Gənc kadrların fəaliyyətinə şərait yaradılması məhkəmə sistemində şəffaflığa işarədir.

Bu sözləri Oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov məhkəmə sahəsində aparılan islahatlara münasibət bildirərkən deyib.

V.Əhmədov qeyd edib ki, məhkəmə-hüquq sistemində kadr islahatlarının aparılması, sistemin cavanlaşması və fəaliyyət istiqamətinin şəffaflığı insanlarda məhkəmələrə inamı daha da artıracaq.

O bildirib ki, spesifik məsələlərə peşəkar yanaşma vacibdir, bu sistemdə qeyri-peşəkar davranışlara, korrupsiyaya yer yoxdur. Ümumiyyətlə, məhkəmə-hüquq sistemində qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir:

“Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanda da bu sahədə gənc kadrlara şərait yaradılması öz əksini tapıb. Təbii ki, gənc kadrların fəaliyyətinə şəraitin yaradılmasının özü də məhkəmə sistemində şəffaflığa işarədir.

Azərbaycanda kifayət qədər savadlı gənc hüquqşünas var. Məhkəmə-hüquq sistemində gəncləşmə getməlidir ki, insanların neqativ fikirləri də dəyişsin. Kadr islahatları o demək deyil ki, uzun müddətdir məhkəmələrdə çalışan şəxslər işsiz qalacaq. Xeyr. Onlar da müvafiq işlərlə təmin olunacaqlar”.

Deputatın sözlərinə görə, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” əsasında Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, yeni filialların yaradılması və ekspertiza növlərinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur:

“Bu gün məhkəmə-hüquq sistemində yalnız bir Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Ekspertiza Mərkəzinin fəaliyyətinin beynəlxalq standartara uyğun qurulması məqsədilə qurumun müasir tələblərə cavab verən yeni inzibati bina və ən müasir avadanlıqlarla təchiz edilməsi də planlaşdırılır. Eyni zamanda, ilin yekunlarına qədər Mərkəzin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılması da bu işə öz töhfəsini verəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 824 26.06.19 17:18