Azərbaycanda tibbi sığorta haqları artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Azərbaycanda tibbi sığorta haqları artıb

2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 212.7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8 mln. manat olub.

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat) üzrə artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat) qeydə alınmışdır.

2019-cu ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics).

Sığorta bazarının növ və şirkət üzrə icmal göstəriciləri//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            865 25.06.19 20:31