Sürücü sükan arxasında yatdı, maşını “KAMAZ”a çırpdı: yaralılar var - FOTO\VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |    

Sürücü sükan arxasında yatdı, maşını “KAMAZ”a çırpdı: yaralılar var - FOTO\VİDEO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax yolunun 170 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, 43 yaşlı Əsədov Habil Səfər oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Kürdəmir istiqamətində hərəkət edərkən eyni istiqamətdə gedən 53 yaşlı Tərtər sakini Bayramov Hümbət İsa oğluna məxsus “KAMAZ” markalı yük maşınına çırpılıb.

Hər iki sürücü yüngül xəsarətlər alsalar da, hadisə yerinə gələn Kürdəmir RMX-nın təcili tibbi yardım şöbəsinin əməkdaşlarının köməyindən imtina ediblər.

Hadisəyə səbəb kimi “Mercedes”in sürücüsünün sükan arxasında yatması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 409 15.06.19 13:30