“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meyilli şəxsdir.

Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd üç dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha iki dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov Cümünün silahı ona tuşlayaraq tətiyi basdığını, lakin atəş açılmadığını deyib:

“Fikirləşdim ki, burada ata-bala ikimizi də öldürəcək. “Cümü əmi, nə edirsən sən?!” - deyəndən sonra Cümşüd bir az duruxsundu, silaha əlimlə zərbə endirib üstünə hücum çəkdim. Silahı Cümşüdün əlindən almaq istədim, badalaq verərək Cümşüdü yerə yıxdım. Baş verənlərə görə şokda idim. Atam yerə yıxılanda - “Fərid, eləmə, Fərid, bura gəl, Cümü, eləmə”, - dedi. Cümşüd isə əlimin altından silahı atama tuşlayıb bir dəfə atəş açdı, güllənin səsini eşitdim, əl-qolum boşaldı. Cümşüd ayağımın altından çıxdı, mən isə yerdə qaldım. Cümşüd silahı üzümə tuşlamışdı. Atam da qışqırdı ki, “Fəridə dəymə”. Cümşüd tətiyi çəkdi, lakin silah açılmadı. Cümşüd üç güllə atama vurub, iki dəfə də mənə atəş açıb. Lakin mənə tuşlayaraq atanda silah açılmadı, sonra məhəlləyə tərəf qaçdı”.

Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını, onu öldürmək niyyətinin olmadığını bildirib.

İbtidai istintaq Cümü ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (xüsusi amansızlıqla adam öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının üç ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 26.04.24 18:29