Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video | 15:57 Doğulanların sayı azaldı: Ölənlər artdı | 15:40 Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin | 15:29 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu - Foto | 15:20 Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib | 15:12 Arzu və Leyla Əliyevalar Vyetnamda | 15:05 Müsəlmanların sayı bu tarixdə xristianları ötəcək – PROQNOZ | 14:55 Noyabr pensiyaları tam ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”

26.04.2024 19:47 2 046
Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”
“Ermənistan hakimiyyəti elə bir məqama yetişib ki, masa üzərində ölkənin gələcəyi ilə bağlı çox konkret bir plan durur”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının üzvləri ilə görüşündə deyib.

“Bu, çox mühüm mərhələdir. Və biz partiya olaraq bu mərhələdə çox fəal olmalıyıq”, - deyə o bildirib.

Bəzi ərazilərdə Azərbaycanla sərhədin delimitasiyası prosesindən danışan Paşinyan qeyd edib ki, bu, çox ağrılı məsələdir, lakin indi hansısa kənd, yol və ya evlərin deyil, Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu məsələsi həll olunur.

“Və biz bu məsələni həll edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur, çünki bu, bizim missiyamızdır, bu, “Vətəndaş sazişi” partiyasının missiyasıdır”, - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, dövlət təfəkkürü ilə qeyri-dövlət təfəkkürü arasında sərhəd var.

“İndi biz dövlət təfəkkürünə yenicə giririk, çünki biz dövlət təfəkkürü çərçivəsində deyildik. Öz Vətənimizdə Vətən axtarırdıq. Vətən nədir? Bizim vəziyyətimizdə bu sual olduqca konkret cavab tələb edir. Çünki bizim şüurumuzda və şüuraltımızda Vətən haqqında bir neçə təsəvvür var. Elə bunun üçün də “Vətən - dövlətdir” konsepsiyası irəli sürülüb”, - deyə Paşinyan əlavə edib.

Mənbə: Ermənistan KİV

Son xəbərlər