Sumqayıtda oğurluq edən 2 nəfər saxlanılıb » Median.Az News Agency


Sumqayıtda oğurluq edən 2 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki iki həyətyanı sahədən, bir evdən su mühərriki, kombi, inşaat materialları və məişət əşyaları oğurlayan şəhər sakini B.Mehdiyev saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evdən qızıl, gümüş və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          648 13.06.19 13:44