Dünyanın ən sülhsevər ölkələri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |    

Dünyanın ən sülhsevər ölkələri açıqlandı

“Qlobal Sülh İndeksi” (Global Peace Index) dünyadakı münaqişələrə və zorakılıqlara baxmayaraq, son 5 ildə ilk dəfə bir qədər artıb.

Median.Az
xəbər verir ki, bu barədə müharibələr, terrorizm, polis zorakılığı, silah ixracatı, ictimai birlik və insan hüquqlarına hörmət kimi kriteriyalara görə hər il 160-dan çox ölkədəki vəziyyəti qiymətləndirən London İqtisadiyyat və Sülh İnstitutunun (IEP) hesabatında deyilir.

IEP-ə görə, Avropa dünyanın ən sülhsevər regionu olaraq qalır. Buna ötən il terror aktlarının sayının və miqrant axınının azalması da təsir göstərib.

İslandiya reytinqdə birinci pillədəki yerini qoruyub. İkinci yerdə Yeni Zelandiya, üçüncü sırada isə Portuqaliya qərarlaşıb. Almaniya dörd pillə geriləyərək 22-ci, ABŞ isə 128-ci olub.

Azərbaycan ötən illə müqayisədə iki pillə yüksələrək bu reytinqdə 130-cu sırada yer alıb.

Sülhsevər ölkələrin siyahısında son yerdə Əfqanıstan qərarlaşıb. Türkiyə, Yəmən və Nikaraquada da vəziyyət pisləşib. İnstitut dünyadakı şiddətin dəyərini 14,1 trilyon dollar civarında qiymətləndirib.//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 151 12.06.19 20:05