Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |    

Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb - FOTO

2015-ci ildən fəaliyyətə başlayan və hər il ən azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu (BOS) UEFA tərəfindən mükafatlandırılıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, BOS aralarında “Allianz Arena” “Aviva Stadium” “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur arenaların da olduğu UEFA-nın Elit Stadionları siyahısına daxil edilıb.

Qeyd edək ki, qitənin ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Azərbaycanın ən böyük stadionunda baş tutub. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı mötəbər idman tədbirlərinə daim hazır olduğunu bir daha sübut edib. Gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək Avropa çempionatının əsas stadionlarından biri olacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 012 05.06.19 20:12