Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır

27.05.2019 12:43 5 775
Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır
Dağlıq Qarabağ münaqişəsinin uzanması həm də Ermənistanda əhalinin iztirablarına səbəb olub.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə verdiyi müsahibədə danışıb.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi münaqişənin nizamlanmasında maraqlı olmalıdır.

“Azərbaycan ərazilərinin zəbt edilməsi və onların bu illər ərzində davam edən işğalı Ermənistana hər hansı nəzərəçarpan dividendlər gətirməyib. Əksinə, bu, ölkədə yoxsulluq, işsizlik səviyyəsinin artımına, insanların ölkədən kütləvi şəkildə axın etməsinə və digər böhran təzahürlərinə yol açıb. Necə deyərlər, siyasətçi seçkilər barədə, dövlət lideri isə gələcək nəsillər barədə düşünür”, - deyə nazir vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, erməni tərəfi münaqişənin nizamlanması məqsədlərini güdürsə, birmənalı şəkildə və ləngimədən siyasi iradə ortaya qoymalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

“Biz belə yanaşmanı hərtərəfli şəkildə alqışlayacağıq. Belə yanaşmaları təkcə bəyan etməklə kifayətlənməməlidirlər, onu həm də həyata keçirmək lazımdır”, - deyə nazir bildirib.

E.Məmmədyarov 2016-cu il Aprel hadisələrinə də toxunub. O bildirib ki, həmin döyüşlər amansız etnik təmizləmələrlə müşayiət olunan Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşıdığını və hər an mövcud münaqişənin tammiqyaslı silahlı toqquşmalara qədər böyüyə biləcəyini açıq şəkildə sübut etdi.

“Bütün problemlərin, o cümlədən, müharibənin bərpa olunması riski daşıyan, atəşkəs pozuntularının səbəbi, Ermənistan Respublikasının işğalçı qüvvələrinin zəbt olunmuş və zor gücü ilə saxlanılan Azərbaycan torpaqlarında qanunsuz şəkildə qalmalarının davam etməsindədir”, - deyə nazir bildirib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtmayınca, tərəflərin qarşılıqlı etibarı bərpa etməsi mümkün olmayacaq:

“Danışıqlar prosesində real addımlar atılmadan və münaqişənin nizamlanması, onun ağır fəsadlarının aradan qaldırılması üçün siyasi iradənin açıq nümayişi olmadan, etibarın bərpa olunması ilə bağlı istənilən cəhdlər uğursuzluğa düçar olacaq. Ona görə də biz mərhələli nizamlanma istiqamətində hərəkət etməliyik.

Belə nizamlanmada başlanğıc işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və sonradan oraya məcburi köçkünlərin qayıtması olmalıdır. Məhz bu qarşılıqlı etibarın qurulması ehtiyac duyulan şərtlər yaradacaq.

Etibar etmək üçün mütəmadi təmasda olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması tərk etməyə məcbur olduqları torpaqlara qayıtmağa və regionun erməni icması ilə birlikdə yaşamağa, əlaqələri qaydasına salmağa, etibarı bərpa etməyə və sülhü qaytarmağa hazırdır”.

E.Məmmədyarov Azərbaycan tərəfinin münaqişənin ən qısa zamanda nizamlanmasında maraqlı olduğunu və hələ də münaqişənin danışıqlar yolu ilə həllini tapacağına ümid etməyə davam etdiyini vurğulayıb.

Son xəbərlər